İdman · Publika.az

İnfantino: "Bakıda keçirilən dünya çempionatı dünyanı birləşdirir"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İnfantino: "Bakıda keçirilən dünya çempionatı dünyanı birləşdirir" xəbəri üçün şəkil

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir.

Publika.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino deyib.

Ali futbol qurumunun rəhbəri yarışın açılış mərasimində fikirlərini bölüşüb:

"Futbol hər kəsə məxsusdur. Bizim üçün hər bir istedadlı oyunçuya şans vermək lazımdır. U-15 dünya çempionatı və festivalı həqiqətən dünyanı birləşdirir".

Xatırladaq ki, turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑