Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək futbolçular arasında təşkil olunan ilk dünya çempionatı və festivalının rəsmi açılış mərasimi baş tutub.
Futbolpress.az xəbər verir ki, təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino iştirak ediblər.
Rəsmi hissədən sonra dövlət başçısı, birinci xanım, ailə üzvləri və FIFA rəhbəri Azərbaycan və Timor-Leste milli komandaları arasında keçirilən qarşılaşmanı tribunadan canlı izləyirlər.





