Dünya · Publika.az

Husilər Səudiyyə Ərəbistanına raket atdı: 2 nəfər yaralandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər Səudiyyə Ərəbistanına raket atdı: 2 nəfər yaralandı xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının cənubunda husilərin buraxdığı ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Bildirilib ki, bazar günü iki ballistik raket ələ keçirilərək məhv edilib, onların qalıqları isə yerə düşüb. Xəsarət alanlardan biri Səudiyyə Ərəbistanı vətəndaşı, digəri isə Asiya ölkələrindən birinin vətəndaşıdır.

Hadisə nəticəsində üç yaşayış evi və yeddi avtomobilə də ziyan dəyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑