Sinqapur bayrağı altında üzən və Hörmüz boğazında batan “GFS Pride” gəmisinin konteynerlərində təhlükəli kimyəvi maddələrin ola biləcəyi bildirilir.
Publika.az xəbər verir ki, bu barədə Oman Dəniz Təhlükəsizliyi Xidməti xəbərdarlıq edib.
Məlumata əsasən, gəmi çərşənbə günü mərmi zərbəsi nəticəsində zədələnib, göyərtəsində yanğın baş verib və Oman sahilləri yaxınlığında batıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə gəmiləri Oman sahilləri yaxınlığındakı cənub marşrutundan istifadə etməməyə çağırıb.




