Dünya · Azxeber.com

Frederiksen: Putinə etibar etmirəm

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Frederiksen: Putinə etibar etmirəm xəbəri üçün şəkil
"Rusiya Ukrayna ilə sülh istəsəydi, müharibəni dayandırardı”.
Bunu Danimarka Baş naziri Mette Frederiksen deyib.
Hökumət başçısı Rusiyanın həm Ukraynadakı hərbi əməliyyatlar, həm də digər Avropa ölkələrinə qarşı hibrid vasitələrdən istifadə etməklə qitə dövlətlərinə qarşı müharibə apardığını bildirib:
"Rusiya sülh istəsəydi, sadəcə dayana bilərdi. Təcavüzkar Rusiyanın özüdür. Hazırda Avropada Rusiyadan başqa heç kim hücum etmir”.
Frederiksen qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinə etibar etmir və Avropa ölkələrinin Moskva ilə əməkdaşlıq etməli olduğuna inanmır:
"Prinsipcə, Putinə etibar etməyin mümkün olduğuna inanmıram. Həmçinin düşünmürəm ki, Rusiya ilə əməkdaşlıq etməliyik. Onlar Avropanın bəzi ərazilərini ələ keçirmək istəyərkən, biz hansı məsələlərdə əməkdaşlıq edə bilərik? Hər gün birbaşa Ukraynaya qarşı və qalanlarımıza qarşı isə hibrid yolla müharibə aparırlar”.
Danimarka Baş naziri Ukraynanın ciddi maliyyə problemləri ilə üzləşdiyini də açıqlayıb: "Ukraynanın pulu tükənir. Bu, artıq baş verib. Onlar nə ehtiyac duyduqlarını ala bilirlər, nə də istehsal edə”.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑