İdman · Publika.az

Ermənistan millisinin iki matçı azərbaycanlı hakimə tapşırıldı - Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan millisinin iki matçı azərbaycanlı hakimə tapşırıldı - Foto xəbəri üçün şəkil

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Publika.az xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsində B qrupunun 3 oyununda fəaliyyət göstərəcək. Fəridə Lütfəliyeva oktyabrın 7-də İrlandiya – Ermənistan matçını idarə edib.

Təmsilçimiz oktyabrın 13-də Ermənistan – Gürcüstan görüşünün baş hakimi, 10-da isə Bolqarıstan – Ermənistan qarşılaşmasının ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmaya baş hakimin köməkçisi kimi təyin edilib. Oyunlar Bolqarıstanın Albena şəhərində keçirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑