Danimarka təhlükəsizliyini gücləndirmək məqsədilə tarixində ilk dəfə milyardlarla dollarlıq uzaqmənzilli, yüksək dəqiqlikli raketlərin alınması barədə saziş elan etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə TV2 telekanalı anonim mənbələrə istinadən məlumat yayıb.
Kopenhagen ABŞ istehsalı olan “Anthem” raketlərini, F-35 qırıcıları üçün “Joint Strike Missile” (JSM) raketlərini, həmçinin gələcəkdə daha uzaqmənzilli JASSM raketlərini almağı planlaşdırır.
Danimarka hökuməti bu addımı müdafiə strategiyasında dəyişiklik kimi qiymətləndirib. Yeni silahlar Rusiya qoşunlarının yerləşdiyi xəttdən xeyli uzaqdakı hədəfləri vurmağa imkan verəcək.
Müəllif: Adəm





