Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) qlobal yoxsulluq səviyyəsinin 2010-cu ildən bəri ilk dəfə artdığını açıqlayıb.
Publika.az xəbər verir ki, BMTİP-lə Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsünün (OPHI) birgə hesabatına əsasən, bu il ötən illə müqayisədə ifrat yoxsulluq şəraitində yaşayanların sayı 51,5 milyon nəfər artıb.
Bu, son 16 ildə qeydə alınan ilk artımdır. Hesabata görə, yoxsulluqdan əziyyət çəkənlərin 51,5 faizini 18 yaşdan kiçik şəxslər təşkil edir. BMTİP-in rəhbəri Aleksandr De Kru bildirib ki, yoxsulluğun artması bütün dünya üçün həyəcan siqnalı olmalıdır.
Onun sözlərinə görə, 1,2 milyard insan aclıq, məktəbi yarımçıq qoymaq, içməli su və elektrik enerjisinə çıxışın olmaması kimi problemlərlə üzləşir.
Hesabatda qeyd olunur ki, ən yoxsul əhalinin böyük hissəsi isə Sub-Sahara Afrikasında və dünyanın ən sıx məskunlaşmış regionu olan Cənubi Asiyada yaşayır.
Müəllif: Roza



