Dünya · Bizim.Media

Trampın tənqid etdiyi konqresmenin evində axtarış APARILDI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın tənqid etdiyi konqresmenin evində axtarış APARILDI xəbəri üçün şəkil

ABŞ-də qadın konqresmen İlhan Ömərin evində axtarış aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, istintaq tədbirləri Ömərin uşaqlıq dövründə mərhum atası tərəfindən rəsmiləşdirildiyi iddia olunan immiqrasiya sənədləri ilə bağlı federal araşdırma çərçivəsində həyata keçirilib.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə İlhan Öməri Somali mənşəyinə və qanunsuz miqrasiya statusuna görə tənqid edib. O, həmçinin konqresmeni vətəndaşlıq almaq məqsədilə qardaşı ilə evlənməkdə və maliyyə cinayətlərində ittiham edib.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑