İdman · Publika.az

“Borussiya”da yeni 100 milyonluq ulduz yetişir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Borussiya”da yeni 100 milyonluq ulduz yetişir xəbəri üçün şəkil

“Borussiya Dortmund”un yeni transferi Joane Qadu qısa müddətdə komandanın ən perspektivli futbolçularından birinə çevrilib. 19 yaşlı müdafiəçi həm fiziki göstəriciləri, həm sürəti, həm də oyununun müxtəlif komponentlərində nümayiş etdirdiyi inkişafla diqqət çəkir.

Publika.az xəbər verir ki, bu barədə “Goal” nəşri yazıb.

Almaniya klubunun kapitanı Niko Şlotterbek “Bavariya” ilə 2:2 hesablı heç-heçədən sonra komandanın potensialından danışarkən bəzi futbolçuların öz imkanlarını hələ tam dərk etmədiklərini bildirib. Bu fikirlərin ünvanlandığı oyunçulardan biri kimi Qadunun adı ön plana çıxır.

“Borussiya Dortmund”un bonuslarla birlikdə transferinə görə 25 milyon avroyadək xərc çəkə biləcəyi 19 yaşlı futbolçu 1,95 metr boya malikdir. O, fiziki gücü, aqressiv müdafiə tərzi və fərdi mübarizələrdəki dözümlülüyü ilə seçilir. Bununla yanaşı, sürəti də onun əsas üstünlüklərindəndir. Qadu Bundesliqanın ilk səkkiz turunda 36,55 km/saat sürət qeydə alaraq çempionatın ən sürətli üçüncü futbolçusu olub.

Gənc müdafiəçi topla davranışını da getdikcə yaxşılaşdırır. O, müdafiədən hücuma keçid zamanı irəliyə doğru driblinqlər etməklə rəqibin müdafiə xəttini yarmağa və komandası üçün say üstünlüyü yaratmağa çalışır. Qadu ötürmələri, topun geri alınması və rəqib hücumlarının qarşısının kəsilməsi kimi göstəricilərdə də Bundesliqanın seçilən oyunçuları sırasındadır.

Baş məşqçi Niko Kovaçın futbolçu ilə fərdi şəkildə məşğul olduğu bildirilir. Məşqlərdə əsas diqqət mövqe seçiminə və hava toplarında mübarizəyə yönəldilir. Kovaç hesab edir ki, Qadu hələ fiziki və texniki baxımdan inkişaf etməlidir: “O, həqiqətən yaxşı inkişaf edib və mühüm irəliləyişə nail olub. Lakin onu görmək istədiyim səviyyədə deyil”.

Klubun idman direktoru Ole Buk da gənc müdafiəçinin potensialını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Qadu demək olar ki, hər həftə oyun keyfiyyətinin müəyyən bir istiqamətini yaxşılaşdırır və məşqçilər heyəti onun inkişafı üçün ciddi iş aparır.

Qadu bu mövsüm “Borussiya Dortmund”un keçirdiyi 14 rəsmi matçın 13-də meydana çıxıb. “Bavariya” ilə qarşılaşmada da uğurlu çıxışı ilə seçilən müdafiəçi beş müdaxilə edib, doqquz dəfə topu ələ keçirib və səkkiz ikili mübarizənin qalibi olub.

21 yaşadək futbolçulardan ibarət Fransa millisində iki oyun keçirən Qadunun Dortmund klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. “Goal” nəşri hesab edir ki, futbolçu hazırkı inkişaf tempini qoruyarsa, gələcəkdə onun transfer dəyəri 100 milyon avroya çata bilər. Məqalədə onun İngiltərə Premyer Liqası klublarının da diqqətini cəlb edə biləcəyi vurğulanır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑