“Şəfa” Misli Premyer Liqasında xalsız seriyasına son qoydu. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv Sumqayıtda yerli komanda ilə 1:1 hesablı heç-heçə etdi.
Matça yaxşı başlayan bakılılar hesabı açan tərəf oldu. Qoldan sonra da hücumlar edən “Şəfa” fərqi artırmaq şanslarından yararlana bilmədi. İlk hissəni üstün oynayan kollektiv fasiləyə öndə yollandı.
İkinci yarıya da fəal başlayan “Şəfa” bu dəfə dirəkləri aşa bilmədi. Əvəzində oyunun sonlarına doğru təzyiqini artıran meydan sahibləri hesabı bərabərləşdirməyə nail oldu. Bundan sonra qələbə qolunun axtarışına çıxan “Sumqayıt” son epizodlarda dəqiq ola bilmədi. “Şəfa”nın qapıçısı Tiaqo Silvanın kritik seyvlər edərək, komandasının xal qazancında böyük pay sahibi oldu.
Ümumiyyətlə, görüş hər iki kollektivin qapıçıları üçün uğurlu alındı. Həm “Sumqayıt”ın qolkiperi Yohansson, həm də “Şəfa”nın “çərçivə” qoruyucusu Silva yaxşı performanslarıyla diqqət çəkdi.
10 turda 4 xal toplayan Bakı klubu mövsümün ən yaxşı oyunlarından birini keçirdi. Matçdan sonra klubun vitse-prezidenti Əfran İsmayılov, baş məşqçi Zaur Həşimov və futbolçular açıqlamalarında performanslarından məmnun qaldıqlarını, nəticədən isə məyus olduqlarını bildirdi.
“Şəfa” cəbhəsi bir xala layiq olmadığını düşündü, “Sumqayıt” isə bir xalın da qazanc olduğu qənaətinə gəldi.
Bakılılar turnir cədvəlində 4 xalla 11-ci sıradadır. “Kimyaçılar” isə 9 xalla 9-cudur.
Şahin Cəfərov


.jpg)


