İdman · Publika.az

Baş nazir “Mançester Siti” rəhbərliyi ilə gizli görüşlərindən danışdı

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Baş nazir “Mançester Siti” rəhbərliyi ilə gizli görüşlərindən danışdı xəbəri üçün şəkil

İngiltərənin baş naziri Endi Börnham “Mançester Siti”nin Birləşmiş Ərəb Əmirliklərindən olan sahibləri ilə keçirdiyi görüşlər barədə məlumatları açıqlayacağını bildirib. Bu addım klubun maliyyə qaydalarını pozması ilə bağlı qərardan sonra müxalifətin hökumətə təzyiqini artırması fonunda atılıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Premyer Liqa “Mançester Siti”ni gəlirləri süni şəkildə artırmaq və xərcləri 900 milyon funt sterlinqdən çox aşağı göstərmək məqsədilə saxta kommersiya müqavilələrindən istifadə etməkdə ittiham edib. Klub isə araşdırma boyunca qaydaları pozduğunu qəbul etməyib və müstəqil komissiyanın qərarında ciddi səhvlərin olduğunu bildirib. “Mançester Siti” qərardan apellyasiya şikayəti də verib.

Məsələ İngiltərə parlamentində də müzakirələrə səbəb olub. Liberal Demokratlar Partiyası və Mühafizəkarlar Partiyasının lideri Kemi Beydenok baş nazirdən klubun rəhbərliyi və Əbu-Dabi nümayəndələri ilə görüşlərinin təfərrüatlarını açıqlamağı tələb ediblər.

Börnham “The Rest Is Politics” podkastında çıxışı zamanı bu tələbi yerinə yetirəcəyini bildirib. O, Böyük Mançesterin meri olduğu dövrdə klubun sahibləri ilə əlaqələrinə dair məlumatları ictimaiyyətə təqdim etməyə hazır olduğunu deyib. Baş nazir vurğulayıb ki, həmin təmaslar yaxın tarixə aid deyil və klub rəhbərliyi ilə yalnız bir mühüm görüşü 2021-ci ildə keçirib.

Qeyd edək ki, Börnham 2017-ci ilin mayından 2026-cı ilin iyununa qədər Böyük Mançesterin meri vəzifəsində çalışıb. O, daha əvvəl “Mançester Siti”nin sahiblərini şəhərin inkişafında mühüm tərəfdaş adlandırıb. Bu açıqlama isə maliyyə pozuntuları ilə bağlı araşdırma fonunda klubun rəhbərliyinə münasibətdə qərəzsizlik məsələsi ətrafında mübahisələrə yol açıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑