Nəqliyyat · Publika.az

ADY-nin yükdaşımaları 11% artaraq 14 milyon tona çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ADY-nin yükdaşımaları 11% artaraq 14 milyon tona çatıb xəbəri üçün şəkil

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin yanvar-sentyabr aylarında 13 milyon 882 min 84 ton (14 milyon tona yaxın) yük daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Bu barədə Publika.az-a ADY-dən məlumat verilib.

Məlumata görə, qeyd olunan dövrdə tranzit daşımalarının həcmi 15% artaraq 5,7 milyon tona çatıb. Tranzit yükdaşımalarında Şərq-Qərb dəhlizi üzrə 20%, Şimal-Cənub istiqaməti üzrə isə 26% artım qeydə alınıb.

Cari ilin sentyabr ayında isə ADY tərəfindən 1 milyon 766 min ton yük daşınıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi yükdaşıma həcmində 29%, tranzit daşımalarında isə 37% artım deməkdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑