Nəqliyyat · Teleqraf

Binəqədidəki təmirə görə 133 və 170 nömrəli marşrutların sxemi dəyişdirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Binəqədidəki təmirə görə 133 və 170 nömrəli marşrutların sxemi dəyişdirilib xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlə bağlı 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.

Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsi təyin edilib. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑