Rusiyanın Morozov adına Uşaq Xəstəxanasında iki yaşlı qızın mədəsindən 250 ədəd maqnit kürəcik çıxarılıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, uşaq xəstəxanaya güclü öskürəklə gətirilib. Müayinə zamanı həkimlər onun mədəsində çoxsaylı yad cisimlər aşkarlayıb və qızın maqnit kürəcikləri udduğu məlum olub.
Cərrahlar əvvəlcə kiçik dəliklərdən kamera daxil edərək bağırsaqları müayinə edib və orqanın salamat olduğunu müəyyənləşdiriblər. Daha sonra xüsusi endoskopik alətlərin köməyi ilə qida borusundan keçərək mədədəki 250 maqnitin hamısını çıxarıblar.
Hazırda balaca pasiyentin vəziyyəti yaxşıdır.
Müəllif: Adəm






