Dünya · Publika.az

100 milyonluq vergi dələduzluğu - İş adamı saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
100 milyonluq vergi dələduzluğu - İş adamı saxlanıldı xəbəri üçün şəkil

Yunanıstan polisi 100 milyon avroluq vergi fırıldaqçılığında şübhəli bilinən “Choriatiko” çörəkxana şəbəkəsinin sahibi Angelos Yannakopulosu və 50-yə yaxın şəxsi saxlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ilin yanvarından aparılan istintaq saxta əqdlərlə vergidən yayınma ehtimalı olan 200-ə yaxın çörəkxananı əhatə edir. Yannakopulos Dubaydan Yunanıstana qayıtdıqdan sonra tutulub.

Biznesmen 2010-cu ildə qadınların cinsi istismar məqsədilə ölkəyə qanunsuz gətirilməsini təşkil etmək ittihamı ilə də həbs olunmuşdu. 2015-ci ildə 10 il 6 ay həbs cəzası alsa da, apellyasiya məhkəməsi sonradan cəzanı yüngülləşdirib və ittihamların bir hissəsini ləğv edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑