Dünya · Ölkə.az

Trampdan Makrona sərt xəbərdarlıq: "Fransanı məhv edirsən"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan Makrona sərt xəbərdarlıq: "Fransanı məhv edirsən" xəbəri üçün şəkil

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

ABŞ Prezidenti Fransa lideri Emmanuel Makronu həyata keçirdiyi miqrasiya siyasətinin mümkün nəticələri barədə xəbərdar etdiyini deyib.

"Vəzifəyə yeni başlayanda Makronla kifayət qədər tez görüşdüm. Ona dedim: "Sən Fransanı məhv edirsən. Ölkənizə nifrət edən insanları qəbul edirsiniz", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Fransaya gələn miqrantlar bu ölkəyə, onun mədəniyyətinə və əhalisinə qarşı mənfi münasibət bəsləyirlər.

"Onlar Fransanın incəsənətinə nifrət edirlər. Binalarına nifrət edirlər. Fransada hər şeyə nifrət edirlər. İnsanlara nifrət edirlər, amma onların ölkəyə gəlməsinə icazə verilir", - deyə ABŞ lideri qeyd edib.

Tramp İspaniya və İtaliya da daxil olmaqla, digər Avropa ölkələrindəki miqrasiya vəziyyətini də tənqid edib. O bildirib ki, miqrantların kütləvi axını həmin ölkələrin əhalisi arasında narazılığa səbəb olur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑