Dünya · Sfera.az

Bu ölkədə yeni Prezident SEÇİLDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkədə yeni Prezident SEÇİLDİ xəbəri üçün şəkil

Braziliyanın hazırkı Prezidenti Luiz İnasio Lula da Silva prezident seçkilərinin ikinci turunda qalib gələrək daha bir müddət dövlət başçısı vəzifəsini icra etmək hüququ qazanıb.

Sfera.az xəbər verir ki, Braziliya Ali Seçki Məhkəməsinin səslərin 97,69 faizinin hesablanmasından sonra açıqladığı məlumatlara əsasən, solçu İşçi Partiyasının lideri Lula da Silva 51,74 faiz səs toplayıb. Onun rəqibi, sağçı müxalifətin təmsilçisi senator Flavio Bolsonaro isə 48,26 faiz səs əldə edib.

Səslərin hesablanmasının həmin mərhələsində Lula da Silvanın qələbəsi riyazi olaraq təmin olunub. Beləliklə, qalan səslərin hesablanmasının seçkinin nəticəsini dəyişməsi mümkün deyil.

Məlumata görə, Lula da Silvanın yeni prezidentlik müddəti 2027-ci il yanvarın 1-də başlayacaq./ajans

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑