Bəs nikahdan sonra soyadın dəyişdirilməsi nə qədər vaxt aparır, bu prosesin 1-2 il çəkməsi mümkündürmü və proseduru qısa müddətdə başa çatdırmaq üçün nə etmək lazımdır?
Ölkə.az xəbər verir ki, vəkil Mircavid Miriyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən, nikaha daxil olan şəxslərin soyad seçimi könüllüdür.
Soyad dəyişməyin qanunla ən tez yolu açıqlandı
Onun sözlərinə görə, qadın və ya kişi öz soyadını saxlaya, yaxud tərəflərdən birinin soyadını ümumi soyad kimi qəbul edə bilər:
"Həmçinin, qanunvericiliyə əsasən, ikili soyad daşımaq da mümkündür. Belə ki, nikaha daxil olduqdan sonra qadın həyat yoldaşının soyadını götürməklə yanaşı, öz soyadını da saxlaya bilər.
"Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli 79 nömrəli qərar qəbul edilib. Qərarın 6-cı bəndinə əsasən, soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.
Vətəndaş Azərbaycan Respublikasında yaşayırsa, soyadının dəyişdirilməsi üçün qeydiyyat şöbəsinə, xaricdə yaşayırsa, konsulluq idarəsinə ərizə ilə müraciət edir.
Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi təqdim olunan sənədləri, ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün ərzində şəxsin soyadının, adının və ata adının dəyişdirilməsinin mümkünlüyü barədə rəy tərtib edir (2 nömrəli əlavə).
Bu prosedurlar qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirilir. Xüsusilə qeyd etmək lazımdır ki, soyad dəyişdirildikdən sonra şəxsiyyət vəsiqəsinin və digər müvafiq sənədlərin də yenilənməsi zəruridir".






