Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb.
Milli.Az xəbər verir ki, məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbil valideynləri ilə münasibətlərindən söz açaraq uşaqlıqda yaşaya bilmədiyi hissləri illər sonra tamaşaçıları ilə bölüşdüyünü bildirib.
"Uşaqlar nazlarını valideynlərinə edirlər. Mənim anam da, atam da var idi, amma sanki yox idilər. Onlara edə bilmədiyim nazı sizə etmişəm. Əgər sizi əsəbiləşdirmişəmsə, bunu uşaqlığıma bağışlayın", - o, göz yaşları içində bildirib.
O, daha əvvəl sosial şəbəkədə canlı yayım zamanı anası ilə münasibətlərinin uzun illər mürəkkəb olduğunu açıqlayıb.
"Anamı iki ildir görmürdüm. Uşaqlıqdan, ögey atama görə aramızda problemlər olmuşdu. Amma buna baxmayaraq, övlad kimi maddi və mənəvi baxımdan əlimdən gələn hər şeyi son günə qədər etmişəm", - Erbil bildirib.
"Dəfnə getmək ürəyimdən gəlmədi"
Məşhur şoumen daha sonra qatıldığı verilişlərdən birində anasının dəfn mərasiminə niyə getmədiyini də izah edib.
"Anama haqqımı halal etmişəm. Amma dəfninə gedə bilmədim. Ürəyimdən gəlmədi. Uşaqlığımdan bu günə qədər içimdə qalan bir inciklik var. Buna baxmayaraq, övladlıq vəzifələrimi sonuna qədər yerinə yetirmişəm. Anama maddi yardım etmişəm, hətta mənə bu qədər əziyyət verən ögey atama da müntəzəm pul göndərmişəm", - o, vurğulayıb. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)






