Ölkə.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.
Peskov Avropa İttifaqından danışıqlar üzrə nümayəndənin irəli sürülməsini müsbət qiymətləndirəcəklərini deyib. Onun sözlərinə görə, belə bir nümayəndənin olması yaxşıdır, sülh yolu ilə nizamlanmaya səmimi şəkildə töhfə verməyə çalışması isə daha vacibdir.
Kremlin sözçüsü bu açıqlamanı Finlandiya Prezidenti Aleksandr Stubbun mümkün namizədliyinin Avropa İttifaqının Rusiya ilə danışıqlar üzrə nümayəndəsi kimi nəzərdən keçirilməsi barədə yayılan məlumatları şərh edərkən verib.(KONKRET.az)



