Ölkə.az xəbər verir ki, bu barədə "Report"a TÜRKPA-dan məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının 15-ci Assambleya Şurasının və 15-ci plenar iclası, eləcə də onlardan irəli gələn məsələlər müzakirə olunub. Vitse-prezident cənab Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin, strateji müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin, müstəqil, güclü və qüdrətli dövlətlər olaraq bir-birlərinə dəstək verərək Türk dünyası üçün dayaq olmağın vacibliyini vurğulayıb.
Ramil Həsən Azərbaycan ilə Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsinin, hər iki dövlətin bir-birinə hörmət və dəyərlə yanaşmasının, iki liderin - İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın öndərliyi ilə həyata keçirilən bu siyasətin daha da gücləndirilməsinin çox vacib olduğunu qeyd edib. O, iki qardaş Türk dövləti - Azərbaycan və Türkiyənin qüdrətli dövlətlər olaraq mövcudluğunun digər Türk dövlətləri üçün bir bayraqdar rolunu oynadığını xüsusilə vurğulayıb.

.jpg)


.jpg)