İdman · Ölkə.az

Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" səfərdə "Şəfa" ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

"Sarı-göylər"in qollarını 74-cü dəqiqədə penaltidən Şakir Seyidov, 80-ci dəqiqədə Blessinq Olabiran vurublar. Meydan sahiblərindən 55-ci dəqiqədə Maudo Jarjue fərqlənib.

Xallarının sayını 14-ə çatdıran "Kəpəz" hələlik beşinci pillədə qərarlaşıb. "Şəfa" 3 xalla 11-cidir.

Günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək.

Xatırladaq ki, ötən gün "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑