Siyasət · Ölkə.az

Paşinyan növbədənkənar seçkiyə gedir? - Hakim partiya sükutu pozdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan növbədənkənar seçkiyə gedir? - Hakim partiya sükutu pozdu xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bunu ölkə parlamentinin vitse-spikeri, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndəsi Vaaqn Aleksanyan bildirib.

“Hələ ki növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəyini bilmirik. Bu, sadəcə mümkün ssenarilərdən biridir”, - deyə o vurğulayıb.

Aleksanyan Ermənistanda Konstitusiya ilə bağlı mümkün dəyişikliklərə də münasibət bildirib.
“Düşünmürəm ki, müxalifət xalqın Konstitusiya ilə bağlı öz iradəsini ifadə etməsinə qarşı çıxacaq”, - vitse-spiker qeyd edib.

O, Baş nazir Nikol Paşinyanın Ermənistanda yeni müxalifətin formalaşması ilə bağlı fikirlərinə də toxunub.

“Bizim belə bir müxalifət yaratmağımız çox pis olardı. Çünki hakimiyyət tərəfindən müxalifətin yaradılması siyasi sistemdə baş verə biləcək ən pis hadisələrdən biridir”, - Aleksanyan bildirib.

Vitse-spiker hakim partiyanın “cib müxalifəti”nə ehtiyac duymadığını vurğulayıb. Onun fikrincə, hakimiyyət yeni müxalifətin formalaşmasına çağırış etməklə kifayətlənməli, bu prosesə birbaşa müdaxilə etməməlidir.

Mürtəza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑