"Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirmək vəzifəsi ləğv olunub.



