Ölkə.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hakimlərin qərarlarına görə son dərəcə qəzəbli olub.
Məlumata görə, Mourinyo mətbuat konfransında sərt açıqlamalar verəcəyinə görə cəzalandırılmaqdan və oktyabrın 18-də "Sevilya", oktyabrın 25-də isə "Barselona" ilə keçiriləcək prinsipial qarşılaşmaları buraxmaq riskindən yayınmaq üçün jurnalistlərin qarşısına çıxmamağa qərar verib.
Xatırladaq ki, görüşün 72-ci dəqiqəsində Vinisius Junior qırmızı vərəqə alaraq meydandan qovulub. Braziliyalı hücumçu qol vursa da, hakim onun rəqib komandanın yarımmüdafiəçisi Natan Salibanın saçından tutduğunu əsas gətirərək qolu qeydə almayıb və futbolçunu meydandan kənarlaşdırıb.




