Dünya · Ölkə.az

Merts: "Ukraynanın taleyi Kiyevin iştirakı olmadan həll edilə bilməz"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Merts: "Ukraynanın taleyi Kiyevin iştirakı olmadan həll edilə bilməz" xəbəri üçün şəkil

Ölkə.az-ın "Avropa Pravda"ya istinadla verdiyi xəbərə görə, Merts ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət edəcəyi təqdirdə, Ukrayna məsələsinin müzakirəsində Vladimir Zelenskinin də mütləq iştirak etməli olduğunu bildirib.

Kansler qeyd edib ki, sammitə qonaqların dəvət olunması ev sahibi olan tərəfin səlahiyyətinə daxildir. Lakin Vaşinqton Ukrayna münaqişəsini Rusiya ilə müzakirə etmək niyyətindədirsə, Kiyev də bu danışıqlar masasında yer almalıdır:

"Ukraynanın iştirakı olmadan başqa ölkələrin onun taleyi ilə bağlı qərar verməsi qəbuledilməzdir. Əgər Ukrayna masada olarsa, Avropa da orada təmsil olunacaq."

Avropa ölkələrinin artıq sammitə hazırlıq məsələlərini nəzərdən keçirdiyini vurğulayan Merts, müharibənin diplomatik həlli üçün yaranan hər bir imkandan istifadə etməyin vacibliyini diqqətə çatdırıb. O əlavə edib ki, Avropa sülh danışıqlarında fəal iştirak etmək niyyətindədir, çünki onun iştirakı olmadan əsas problemlərin həlli mümkün deyil.

Bununla yanaşı, Almaniya kansleri ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib. O, xüsusilə hava hücumundan müdafiə və enerji sektorunda əlavə köməyin göstərilməsinə dair əldə olunmuş razılaşmaların icra ediləcəyini qeyd edib.

Elvin

Ölkə.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑