Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqayın AKP-yə keçidi ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım səbəbindən saxlanılan B.Laçin Ankara Respublika Baş Prokurorluğunda dindirilib.
Daha sonra o, həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə sülh cəza hakimliyinə göndərilib.
Berna Laçin prokurorluqdakı ifadəsində paylaşımının məqsədinin İzmir sakinlərini sakitləşdirmək olduğunu bildirib və ittihamları qəbul etməyib.
Aktrisa paylaşımında heç bir cinayət tərkibi olmadığını, sözlərinin sosial şəbəkələrdə təhrif edildiyini iddia edib.
B.Laçinin vəkilləri də paylaşımın cinayət tərkibi yaratmadığını bildirərək, onun sərbəst buraxılmasını tələb ediblər.
Həmidə İbrahimova





