Dünya · Ölkə.az

Londonda İsrailə qarşı yürüş keçirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Londonda İsrailə qarşı yürüş keçirildi xəbəri üçün şəkil

Ölkə.az Teleqraf-a istinadla xəbər verir ki, etirazçılar yürüşə Britaniya Parlamentinin yerləşdiyi Vestminster Sarayının qarşısındakı Viktoriya sahilində başlayıblar və Uaytholda başa çatıb.

Aksiyada Fələstin bayraqları və Fələstinə dəstək plakatları qaldırılıb. İştirakçılar "İsrail terrorçu dövlətdir" və "Fələstinə azadlıq" kimi şüarlar səsləndirirdilər.

Aksiyaçılar həmçinin Britaniya hökumətindən İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağa çağırıblar.

Skotland Yard yaxınlığında isə İsrail tərəfdarlarının eyni vaxtda nümayişi keçirilib. "Nifrətə son" şüarı altında keçirilən aksiyada iştirakçılar Qəzzada "soyqırımı yalanları"nın yayılmasının qarşısını almağa çağırıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑