Ölkə.az xəbər verir ki, o, “Sport.es”ə açıqlamasında Madrid klubunun Xose Neqreyra işi ilə bağlı UEFA-ya təxminən 50 min səhifəlik sənəd təqdim etməsinə münasibət bildirib.
Laporta “Barselona”ya qarşı irəli sürülən ittihamların klubun nüfuzuna zərər vurmaq məqsədi daşıdığını iddia edib:
“Neqreyra işi? Təkrarlamaqdan yorulmayacağam: bizi məhkəmə qərarı olmadan mühakimə etməyə çalışdılar. Halbuki məlum oldu ki, bizi ittiham etməyə əsas yoxdur. Mən “Barselona”nın bəraət alacağına tam əminəm.
Bu mövzuda davamlı danışanlar “Barselona”ya zərər vurmağa və klubun imicini ləkələməyə çalışırlar. Məhkəmə qərarı veriləndə bu barədə danışmağa vaxtımız olacaq. Onlar yalnız “Barselona”nı gözdən salmaq üçün məsələni gündəmdə saxlamağa çalışırlar”.
Laporta “Real”ın fəaliyyətini də tənqid edib:
“Real” bunu futbola zərər vurmaq üçün edir. Onlar hər şeyə qarşı çıxırlar. Sən UEFA-ya və ya liqaya müraciət etmək istəyirsən, onlar isə hər şeyə və hər kəsə qarşı olurlar. Bu, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə nüfuzunu, tanınmasını və etibarını itirən bir klub haqqında çox şey deyir.
Buna sübut olaraq deyə bilərəm ki, mən Avropa Futbol Klublarının (EFC) konqresində iştirak edirdim, amma “Real”ın orada heç nümayəndəsi də yox idi. Onlar özlərini çox təkəbbürlü və lovğa aparırlar. Nə etdiklərini bilirlər, amma bu davranışları onlara olan etibarın ciddi şəkildə azalmasına səbəb olur.
Superliqa məsələsində də belə oldu. Sonda yenə hamı ilə birlikdə qalırlar, amma bu müddətdə başqalarına yalnız maneələr yaradırlar. Bu məsələdə özlərini tənqid etmələri yaxşı olardı. Çünki məncə, belə davranış yolverilməzdir”.(qol.az)




