Ölkə.az xəbər verir ki, bu barədə səsvermə başa çatdıqdan sonra dövlətin "Kan-11" telekanalının dərc etdiyi exit-poll nəticələrində bildirilib.
Sorğunun nəticələrinə əsasən, "Likud" 120 yerlik parlamentdə 25 mandat qazanır. İkinci yerdə Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif "Yaşar" partiyası qərarlaşıb. Bu siyasi qüvvəyə 21 mandat proqnozlaşdırılır.
Bununla yanaşı, müxalifət bloku bütövlükdə hazırkı hakim koalisiyaya daxil olan partiyaları qabaqlayır. "Kan-11"in məlumatına görə, müxalifət 53, Netanyahunun bloku isə 50 mandat əldə edə bilər.
Exit-poll nəticələrinə əsasən, daha 17 mandat ərəb partiyalarına çatır. Gözlənilir ki, nə Netanyahu tərəfdarları, nə də müxalifət bu partiyalarla koalisiya qurmağa hazır olacaq.
Knessetdə parlament çoxluğunu formalaşdırmaq üçün ən azı 61 mandat tələb olunur. Dərc edilən nəticələrə görə, hələlik blokların heç biri bu həddə çata bilmir.(Report)




