Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə sosial şəbəkələrdə etiraz aksiyalarını davam etdirməyə çağırışların yayılması fonunda baş verib. Razılaşdırılmamış nümayişdə yüzlərlə insan iştirak edib.
Meydanda əsasən qara geyimdə olan və üzlərini maskalarla gizlədən gənclər toplaşıblar.
Oktyabrın 17-də Parisdə və Fransanın digər bölgələrində yanacağın qiymətinin artmasına, eləcə də əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq kütləvi nümayişlər keçirilib.
Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 000 nəfər iştirak edib. Fransa Daxili İşlər Nazirliyi isə nümayişçilərin sayının 550 000 nəfər olduğunu açıqlayıb.
Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Fransanın daxili işlər naziri Loran Nünez ölkə üzrə 2 000-dən çox şəxsin saxlanıldığını bildirib. O, hakimiyyətin talan və qarətlərdə iştirak edən şəxslərin hamısının məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəyini vəd edib.





