Ölkə · Ölkə.az

Evlərin istilik sistemlərində hansı dəyişikliklər nəzərdə tutulub? - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Evlərin istilik sistemlərində hansı dəyişikliklər nəzərdə tutulub? - VİDEO xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəf qoyulub.

Bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb.

Bəs bu hədəf praktikada necə həyata keçiriləcək? Elektrik istilik nasosları Azərbaycan iqlimində nə dərəcədə səmərəlidir?

Bu barədə Baku TV-yə danışan millət vəkili Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasının təsdiq olunması ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması baxımından mühüm addımdır.

Onun sözlərinə görə, yaşıl enerjiyə keçid və yeni enerji texnologiyalarının tətbiqi bu gün dünyanın əsas prioritetlərindəndir. O qeyd edib ki, bu istiqamətdə həyata keçirilən layihələr ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına müsbət töhfə verəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑