Ölkə · Banker.az

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir xəbəri üçün şəkil

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.

Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla “Azəridmanservis” MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.

Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.

R.Orucov və V.Şirinov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

©Report.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑