2026-cı il ərzində uşaqlara ən çox verilən adlar açıqlanıb.
Ölkə.az xəbər verir ki, Ədliyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı ilin 9 ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur adı verilib. Belə ki, bu ad 1143 nəfər uşağa verilib.
Qız adlarından isə ən çox istifadə olunan Melisa adıdır. Bu il doğulan 847 qıza Melisa adı verilib.
Uşaqlara qoyulan ən çox adların siyahısı belədir:
Uğur (1143), Raul(896), Miran(772), Əli(749), Hüseyn(732), Yusif(611), Murad(513), Ömər(496), Tunar(464) və Ayxan(461), qızlara isə Melisa (847), İnci(806), Alisa(785), Məryəm(748), Nilay(740), Aylin(729), Ayla(667), Zəhra(650), Zeynəb(619) və Miray(519).
Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

