Cəmiyyət · Ölkə.az

Bakının iki rayonu işıqsız qalacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakının iki rayonu işıqsız qalacaq xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan enerji tələbatını qarşılamaq məqsədilə noyabrın 5-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində yerləşən bir sıra transformator məntəqələrində təmir və texniki baxış işləri aparılacaq.

Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Qurban Xəlilov küçəsində, Moskva prospektində və Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Nizami rayonunda isə saat 10:00-dan 14:00-dək Əli Vəliyev küçəsinin və Qara Qarayev prospektinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdəki abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təminatı həyata keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑