Dünya · Ölkə.az

Avropada hərbi çağırış müzakirələri fonunda Britaniyadan mühüm qərar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropada hərbi çağırış müzakirələri fonunda Britaniyadan mühüm qərar xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Kelvin Beyli parlament üzvü Qreqori Kempbellin sorğusuna yazılı cavabında bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyada hərbi xidmət məcburi olmayacaq.

"Hökumət hazırda ümumi hərbi çağırış sistemini bərpa etməyi planlaşdırmır. 1963-cü ildən bəri hökumətlər ölkəmizin müdafiəsini təmin etməyin ən yaxşı yolunun könüllülərdən formalaşdırılan peşəkar ordu olduğu qənaətinə sadiq qalıblar", - deyə Beyli cavabında qeyd edib.

O, Britaniya ordusunun sərəncamında strateji ehtiyat qüvvələrinin olduğunu da xatırladıb. Rəsminin sözlərinə görə, ehtiyatda olan hərbçilər qoşunların sayını artırmaq və xüsusi tapşırıqları yerinə yetirmək üçün xidmətə cəlb oluna bilərlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑