Dünya · Ölkə.az

Avropada dəniz səviyyəsinin qalxması 28 ölkəyə ciddi zərər vura bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropada dəniz səviyyəsinin qalxması 28 ölkəyə ciddi zərər vura bilər xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə Avropa Şurasının təqdim etdiyi "Sahil eroziyası ilə necə mübarizə aparmalı?" başlıqlı hesabatda qeyd olunub.

Mütəxəssislərin qənaətinə görə, təxirəsalınmaz tədbirlər görülməzsə, əsrin sonunadək 28 Avropa ölkəsinə dəyən illik ziyan 800 milyard avroya çata bilər. Bu səbəbdən Avropa Şurası sahil zonasında yeni tikintiləri məhdudlaşdırmağı, yaşayış evlərini, biznes obyektlərini, yol və dəmir yolu infrastrukturunu daxili, iqlimə daha dözümlü ərazilərə köçürməyi ("planlaşdırılmış geri çəkilmə") tövsiyə edir.

Hesabatda qeyd olunur ki, hazırda Avropa sahil xəttinin 25 faizindən çoxu eroziyaya uğrayır. Fransada 900 kilometrdən çox sahil zolağının geri çəkildiyi və 500-dən çox bələdiyyənin bu problemdən əziyyət çəkdiyi bildirilir. Normandiya bölgəsində yerləşən Kiber evil-sür-Mer bələdiyyəsində 9 milyon avroluq layihə ilə ictimai kempinq sahəsi ölkə daxilinə köçürülüb və nəticədə bələdiyyə gəlirləri 25 faiz artıb.

Venesiya kimi tarixi şəhərlərdə dəniz səviyyəsinin 0,5 metr qalxması zamanı qoruyucu dambaların tikintisi 4,5 milyard avro, nəhəng bəndin inşası isə 30 milyard avrodan çox vəsait tələb edəcək. Dəniz səviyyəsinin 4,5 metr qalxacağı təqdirdə (2300-cü ildən sonra gözlənilir) şəhərin, sakinlərin və tarixi abidələrin tam köçürülməsi 100 milyard avroya başa gələ bilər.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının ümumi daxili məhsulunun (ÜDM) 40 faizi məhz sahil bölgələrinin payına düşür və alçaq sahil ərazilərinin 80 faizi gələcəkdə eroziya təhlükəsi ilə üz-üzədir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑