Mədəniyyət · Ölkə.az

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi xəbəri üçün şəkil

Ölkə.az xəbə verir ki, boşanma ərəfəsində kişi cütlüyün birlikdə kirayədə yaşadığı evdən köçüb və pişiyi qadının yanında qoyub.

Məhkəmə prosesi zamanı kişi pişiyin hər iki həftədən bir və ya hər həftəsonu onun yanında qalmasını təmin edəcək bir qrafik tərtib olunmasını istəyib. Keçmiş həyat yoldaşı isə buna etiraz edərək, heyvanın yaşlı olduğunu və iddiaçının evdən köçdükdən sonra pişiyə heç bir maraq göstərmədiyini əsas gətirib.

İki il sonra məhkəmə boşanmanı rəsmiləşdirən və tərəflər arasındakı digər mübahisələri həll edən qərar çıxarıb.

Məhkəmə qərarında deyilir: "Məhkəmə... kişinin pişiklə görüş qrafiki təyin edilməsi barədə xahişinin baxılmasına yol verilməz olduğuna qərar verib".(Medicina.az)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑