Dünya · Ölkə.az

ABŞ Sakit Okeanda narkotik daşıdığı iddia edilən gəmini batırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Sakit Okeanda narkotik daşıdığı iddia edilən gəmini batırdı xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

Komandanlığın açıqlamasında deyilir: "Qərb yarımkürəsinin Birgə Əməliyyat Qrupu Şərqi Sakit Okeanda geniş istifadə olunan narkotik qaçaqmalçılığı marşrutları ilə hərəkət edən yüksək sürətli gəmiyə ölümcül zərbə endirib. Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin birbaşa narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu göstərir. Əməliyyat zamanı beş narko-terrorçu öldürülüb".

BMT-nin terrorizmə qarşı mübarizə zamanı insan hüquqlarının və fundamental azadlıqların qorunması üzrə xüsusi məruzəçisi Ben Sol daha öncə bildirib ki, ABŞ-nin Karib dənizi və Sakit okeanda ölkəyə narkotik daşımaq üçün istifadə edilən gəmilərə endirdiyi zərbələr insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilər.

"Qurbanlar Vaşinqton tərəfindən terrorçu kimi təyin edilmiş cinayətkar qrupların üzvləri olsa belə, onların özlərini müdafiə etmək hüquqları var", - BMT rəsmisi qeyd edib.

2025-ci ilin payızından bəri ABŞ ordusu ABŞ-da narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq üçün Karib dənizində və Şərqi Sakit Okeandakı gəmiləri hədəf alır.(Teleqraf )

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑