Dünya · Ölkə.az

14 yaşında ölkə qurdu, indi ora gedə bilmir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
14 yaşında ölkə qurdu, indi ora gedə bilmir xəbəri üçün şəkil

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, 21 yaşlı Daniel Cekson 2019-cu ildə Xorvatiya ilə Serbiya arasında, Dunay çayı sahilində yerləşən mübahisəli ərazidə “Verdis Azad Respublikası” adlı mikrodövlət elan edib.

Cekson və dostları xəritədə heç bir ölkənin öz ərazisi kimi qəbul etmədiyini düşündükləri torpaq sahəsini aşkar etdikdən sonra burada müstəqil dövlət yaratmaq qərarına gəliblər. Layihə çərçivəsində bayraq, konstitusiya, hökumət strukturu və pasportlar hazırlanıb. Lakin 2023-cü ildə Daniel Cekson və tərəfdarları ərazidə məskunlaşmağa cəhd edərkən Xorvatiya polisi onları oradan çıxarıb və deportasiya edib. Ceksonun Xorvatiyaya girişinə də qadağa qoyulub. Nəticədə o, yaratdığı mikrodövləti xaricdən idarə etməyə məcbur qalıb.

Verdisin tərəfdarları vətəndaşlıq sistemi və dövlət qurumları formalaşdırsalar da, bu qurum beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınmır. Cekson isə layihənin gələcəkdə tanınacağına ümid edir.

Qeyd edək ki, 2026-cı ilin oktyabrında Daniel Cekson Verdisin humanitar təşəbbüsləri ilə əlaqədar Nyu-Yorkda keçirilən tədbirdə mükafat alıb. Lakin tədbirin BMT-nin qərargahında keçirilməsi Verdisin BMT tərəfindən dövlət kimi tanınması demək deyil.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑