Dünya · Azxeber.com

Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı xəbəri üçün şəkil
ABŞ-nin Texas ştatının Dallas şəhərində baş verən silahlı insidentlər nəticəsində azı 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Dallas polis rəisinin açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, şənbə günündən bazara keçən gecə şəhərin rayonlarından birində üç ayrı atışma hadisəsi qeydə alınıb. Hüquq-mühafizə orqanları insidentlərin bir-biri ilə əlaqəli olub-olmadığını araşdırır.
Polis rəisinin sözlərinə görə, xəsarət alanların sayı arta bilər. Belə ki, hadisədən sonra bir neçə nəfər müstəqil şəkildə yerli xəstəxanalara müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri saxlayıblar. Faktla bağlı araşdırma aparılır.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑