İdman · Offsideplus.az

Yindrix Trpişovski: Mənasız qollar buraxdıq və qol vura bilmədik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yindrix Trpişovski: Mənasız qollar buraxdıq və qol vura bilmədik xəbəri üçün şəkil
Yindrix Trpişovski: "Mənasız qollar buraxdıq və qol vura bilmədik"

“Slaviya” (Praqa) Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda “Sabah”a 2:0 hesabı ilə uduzub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Yindrix Trpişovski jurnalistlərin suallarını cavablandırıb.

“Yanıldıq. Əsasən də ilk hissədə. 0:0 bitməsinə baxmayaraq, səhvlərə yol verdik. Səbəblər çoxdur. Səhv etməməli idik. Mənasız qollar buraxdıq və qol vura bilmədik. Bilmirəm, niyə alınmadı. Ola bilər ki, fərqli mövqelərdə zəif oynadıq. Təzyiqlə qarşılaşdıq, toplar itirdik. İkinci hissədə rəqib təzyiq göstərdi. Rəqib mərkəzdə bizə qalib gəldi. Oyunçularım kifayət qədər üzülüblər. Maksimum gücümüzü ortaya qoyduq”, – deyə o bildirib.

Çalışdırıcı “Lans”la oyunu da müqayisə edib:

“Hansısa səbəbə görə məğlub olduq. Zəif tərəflərimiz var. Düşünürdüm ki, qalib gəlmək üçün şanslar əldə edəcəyik. Çox yaxşı oynamadıq. Rəqib qələbə qazanmaq istəyirdi. Cərimə meydançasında başla oynamaq lazımdır. Oyunda nəyisə düzəltmək futbolçunun fərdi bacarığından asılıdır. Yaşadığımızı yaşadıq. Bir çox məsələlərə toxunmaq istəmirəm. Favorit olmaq şanslarımız azdır. “Lans”la oyuna yaxşı hazırlaşmışdıq. Bu oyunda gözlədiyimi görmədim”.

“Fənərbağça” ilə keçiriləcək qarşılaşma barədə danışan baş məşqçi gözləntilərinin doğrulmadığını vurğulayıb:

“Gözləntilərimiz özünü doğrultmadı. O oyun haqda yalnız meydanda cavab vermək olar. Çox analiz edəcəyik. Çempionat oyununa az qalıb. Bu gün zəif oynadıq”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑