"Əl-Nəsr" Səudiyyə Ərəbistan çempionatında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, onlar "Əl-Diriya" ilə qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb.
Portuqaliyalı ulduz Kriştianu Ronaldu da görüşü qolsuz tərk etməyib. Bu matçda fərqlənən təcrübəli hücumçu karyerasındakı rəsmi qollarının sayını 980-ə çatdırıb.
Matçın sonuncu qolunu Kinqsli Koman vurub. Hücum epizodunda Krisştianu Ronaldu sona qədər pas gözləsə də, fransalı vinger epizodu şəxsi ustalıqla özü yekunlaşdırıb.
Həmin epizodu sizə təqdim edirik:




