İdman · Publika.az

Venger FİFA prezidentli olacaq?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Venger FİFA prezidentli olacaq? xəbəri üçün şəkil

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger Canni İnfantinonun FİFA prezidentliyi uğrunda rəqibi ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Hazırda yalnız Beynəlxalq Futbol Federasiyasının hazırkı rəhbəri gələn il martın 18-də keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb.

İnfantinonun rəqibləri hələ də 18 noyabr tarixinə qədər ona ciddi rəqib tapacaqlarına ümid edirlər.

Onlardan bəziləri Arsen Vengeri namizədliyini irəli sürməyə inandırmağa ümid edirlər. Venger hazırda FİFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri vəzifəsində çalışır.

2016-cı ildə İnfantinonun rəqibi olan İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn yenidən seçkilərdə iştirak edə bilər.

Qeyd olunur ki, FİFA prezidenti vəzifəsinə potensial namizədlərdən biri hesab edilən KONKAKAF prezidenti Viktor Montalyani namizədliyini irəli sürməyi planlaşdırmır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑