"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Aleksey Batrakovun komandadakı uyğunlaşması barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, sabah Türkiyə təmsilçisi Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunda "Barselona" ilə qarşılaşacaq.
Buruk bildirib ki, Aleksey çox gənc futbolçudur və ilk dəfədir Rusiyadan ayrılıb. Komandada Lukas Torreiranın rəhbərliyi ilə digər oyunçular ona uyğunlaşmaqda kömək edir. "Biz onu ona görə transfer etdik ki, çox keyfiyyətli futbolçudur. Aleksey Rusiya millisinin son üç oyununda iştirak edib. Belə oyunçu ilə işləmək mənim üçün vacibdir. O, özünə qarşı tələbkardır və komandaya kömək etmək istəyir. Aleksey böyük potensiala malikdir. Onun hücumda oyununu hamı tanıyır, lakin bizə keçəndən sonra müdafiədə də irəliləyiş göstərib. Komandamızın oyununa tez uyğunlaşıb və onun çıxışından razıyam. Bu gün oyunöncəsi məşqimiz olacaq və sabah onunla bağlı qərarımı biləcəksiniz", – deyə Buruk vurğulayıb.



