İdman · Offsideplus.az

Kerrik Roma ilə oyunu dəyərləndirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kerrik Roma ilə oyunu dəyərləndirib xəbəri üçün şəkil
Kerrik "Roma" ilə oyunu dəyərləndirib

Maykl Kerrik Çempionlar Liqasında "Roma"ya qarşı keçirilən 3:2 hesablı oyundan sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi bu qarşılaşmanın çətin keçdiyini bildirib:

"Bu, mürəkkəb oyun idi. Düşünürəm ki, oyuna pis başlamadıq, bilirdik ki, asan olmayacaq: rəqibin mövsüm ərzində cəmi bir məğlubiyyəti var. "Roma" çox güclü komandadır. Başlanğıcda yaxşı təsir bağışladıq, amma buraxdığımız qol sanki aydın səma altında ildırım kimi oldu. Özümüzə bir neçə problem yaratdıq. Bunu müəyyən mənada başa düşmək olar, çünki son vaxtlar gərginlik yaşayırdıq, bəzən əsəbi idik. Sonra hiss etdim ki, birinci hissənin sonuna yaxın oyuna daha yaxşı uyğunlaşdıq və fasilədə futbolçulara pozitiv ruhda olmağı tapşırdım. Burada hər şey baş verə bilər, illər ərzində bunu dəfələrlə görmüşəm. Sadəcə, nəyinsə alınması lazımdır. Futbolçular ikinci hissədə əla çıxış etdilər. Onlar heç vaxt təslim olmadılar, ruhdan düşmədilər və sonda layiq olduqları nəticəni qazandılar. Qol imkanları yaranırdı, bəzən düşünürdüm ki, növbəti şans da əldən getdi. Amma biz qol axtarışını davam etdirdik, təzyiqi artırdıq və sonda həll yolunu tapdıq. Gələcəklə bağlı proqnoz vermək üçün sehrli kürəm yoxdur. İndi diqqətimizi həftəsonuna yönəldirik – burada bizi "Aston Villa" ilə çox vacib oyun gözləyir və buna yaxşı hazırlaşmalıyıq".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑