İdman · Offsideplus.az

Güləş üzrə dünya çempionatı: Nihat Məmmədli və Həsrət Cəfərov yarımfinalda!

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Güləş üzrə dünya çempionatı: Nihat Məmmədli və Həsrət Cəfərov yarımfinalda! xəbəri üçün şəkil
Güləş üzrə dünya çempionatı: Nihat Məmmədli və Həsrət Cəfərov yarımfinalda!

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisi yarımfinala vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, Nihat Məmmədli (63 kq) 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadini məğlub edərək yarımfinala adlayıb. Onun bu mərhələdəki rəqibi rusiyalı Sergey Yemelin olacaq.

Həsrət Cəfərov (67 kq) da eyni raundda Cənubi Koreya idmançısı Hanjae Çunqa qalib gələrək yarımfinala yüksəlib. O, finala yüksəlmək üçün iranlı Səid Esmaeili ilə qarşılaşacaq.

Yarışda mübarizə aparan digər təmsilçimiz İslam Abbasov (87 kq) isə 1/8 finalda məğlub olub.

Qeyd edək ki, noyabrın 1-dək davam edəcək dünya çempionatında daha əvvəl Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑