İdman · Offsideplus.az

Dambrauskas: Bərpa olunmaq çətindir, amma qələbə üçün gəlmişik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dambrauskas: Bərpa olunmaq çətindir, amma qələbə üçün gəlmişik xəbəri üçün şəkil
Dambrauskas: "Bərpa olunmaq çətindir, amma qələbə üçün gəlmişik"

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" klubu ilə keçiriləcək matçdan əvvəl mətbuat konfransında çıxış edib.

Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis süni örtüklü meydanda oynamağın nəticəyə təsir etməyəcəyini bildirib:

"Bu mövsüm Çempionlar Liqasında süni örtükdə 3-cü oyunumuzu keçirəcəyik. Uels və Finlandiyadakı matçlarda qalib gəlmişdik, burada da eyni nəticəni təkrarlamaq istəyirik. Meydanın örtüyü qalibi müəyyənləşdirməyəcək; taktika, psixoloji hazırlıq və atmosfer daha vacibdir".

Six səfər qrafiki və heyətdəki zədələrdən danışan Dambrauskas bərpa prosesinin çətin keçdiyini vurğulayıb:

"Qarşıdakı 28 gündə 8 matça çıxacağıq. Uzaq yol qət etdiyimiz üçün bərpa olunmaq asan deyil. Norveçə 23 hazır futbolçu gətirmişik və heyətlə bağlı son qərarı axşam məşqindən sonra verəcəyəm. Çünki Çempionlar Liqasında oynamaq hər bir futbolçunun və məşqçinin arzusudur".

Qeyd edək ki, "Vikinq" – "Sabah" qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑