İdman · Offsideplus.az

Dünya çempionatı: Daha üç güləşçimiz Astanada mübarizəyə qoşulur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatı: Daha üç güləşçimiz Astanada mübarizəyə qoşulur xəbəri üçün şəkil
Dünya çempionatı: Daha üç güləşçimiz Astanada mübarizəyə qoşulur

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın daha üç yunan-Roma güləşçisi bu gün mübarizəyə start verir.

Offsideplus.az xəbər verir ki, Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar.

N.Məmmədli ilk görüşündə ABŞ təmsilçisi Xavyer Consonla, İ.Abbasov isə türkiyəli Ali Cengizlə üz-üzə gələcək. H.Cəfərov isə ilk mərhələdən azaddır.

Bundan başqa, Murad Əhmədiyev (97 kq) təsəlliverici qarşılaşmada avstriyalı Markus Raqqinqerlə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) ötən gün qızıl medal qazanıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑